Dövlət Sərhəd Xidməti qadınların həqiqi hərbi xidmətə qəbulunu elan edib.
Xanımlar Dövlət Sərhəd Xidmətinin bütün qoşun (hava, quru və dəniz) növlərində xidmət edə biləcəklər. Bu barədə məlumatı dövlət informasiya agentliyi “AzərTac”x9d yayıb və çağrışla bağlı saytında video rolik yerləşdirib. Dövlət Sərhəd Xidmətinə 25 yaşadək, ali təhsilli, xarici dil bilən xanımlar müraciət edə bilərlər.































































































