“Peşə təhsili alanların işlə təmin olunmasına ehtiyac yoxdur” - Deputat 

Hazırda oxunan: “Peşə təhsili alanların işlə təmin olunmasına ehtiyac yoxdur” - Deputat 

71531

“Vallahi-billahi peşə təhsili alanların işlə təmin olunmasına ehtiyac yoxdur. Şirkətlər özləri işə adam götürmək üçün peşə liseylərinə gəlib yalvarırlar”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Rüfət Quliyev Milli Məclisin plenar iclasında səsləndirib.  

Deputat nümunə kimi Lənkəranda yerləşən peşə liseyini misal göstərib:

“Səhv etmirəmsə, 25 ixtisas üzrə orda mütəxəssis hazırlanır. Bir yerə oxumaq üçün 6-7 nəfər namizədliyini irəli sürür. Düşünürəm ki, peşə təhsili alan şəxslərin əmək bazarında tələb olunan peşə qabiliyyəti olacaqsa, o işlə təmin olunacaq”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin