Lənkəranda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildiirlib ki, rayon ərazisində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat üzrə qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.
Müəyyən edilib ki, Lənkəran rayonunun Bəliton kəndində yerləşən 8 saylı dolayda müxtəlif cinsli 1 ağacın kökünün kəsilməsi və 3 ağacın kökünün kəmərlənərək zədələnməsi nəticəsində 260 manat ziyan dəyməsi faktı ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 253-cü (Meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb.
Eyni zamanda Baş Prokurorluq tərəfindən aparılan yoxlama nəticəsində vəzifəli şəxslərinin fəaliyyətində qanun pozuntularını doğuran səbəb və şərait aşkar olunduğundan onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə təqdimat göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:07 / 26.04.2022
Lənkəranda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlandı
Hazırda oxunan: Lənkəranda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlandı
Hazırda oxunan: Lənkəranda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlandı
71526
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.