Şəhid ayrı-seçkiliyinə - ETİRAZ

Hazırda oxunan: Şəhid ayrı-seçkiliyinə - ETİRAZ

7150

İKGF-nin Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov şəhər və rayonlar üzrə şəhid sayına münasibət bildirib.

Bizim.Media Elçin Əsgərovun "facebook" səhifəsinə istinadən xəbər verir ki, o, şəhidlərin sayı barədə bəzi məlumatları ayrı-seçkilik hesab edir:

"Şəhər və rayonlar üzrə şəhidlərin sayları.

Hər yerdən, hər rayondan var.

Amma kimlərsə erməni sözünü təkrar edib, "filan rayon, filan millət ən çox şəhid verib, qabağa onları veriblər" fikrini yaymağa çalışırdı, şübhə salırdı, bölücülük edirdi. Halbuki, onların hamısı bizimdir, hamısı xalqındır.

Xalq heç birini ayırmadı. Allah o şəhidlərin hamısına rəhmət, hamısının məqamını uca eləsin, hamısının qarşısında baş əyirik" deyə Elçin Əsgərov fikrini tamamlayıb.

Həqiqətən də Elçin Əsgərovun fikirləri bir xalqın, dövlətin daxili müxtəlifliyinə, ayrı-seçkiliyə qarşıdır. Status müəllifinin cümlələri 44 günlük savaşdakı birliyin daim qorunmasının zəruriliyinə eyhamdır.

Çünki Vətən müharibəsi göstərdi ki, ləzgi, talış, azərbaycanlı və digər millətlər üçrəngli bayrağımız altında vahid Azərbaycan xalqı olaraq tariximizin ən şanlı zəfərinə imza atdılar.

Səngərdəki əsgərlər doğulduqları yerə salam deyəndə yanlız düşmən üzərində qələbəyə köklənmişdilər.

Rayonundan asılı olmayaraq onlar Vətənin işğalda olan rayonlarını azad edirdilər. Elçin Əsgərovun və digər vətənpərvərlərin istəyi ondan ibarətdir ki, xalq arasında mən "oralıyam, sən buralı" yanaşması olmasın.

Anar Rəhimov, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin