“200 nömrəli yük” adı altında gətirilən CƏSƏDLƏR – Xaricdə yaşayıb, niyə Vətəndə dəfn edilirik? - ARAŞDIRMA 

Hazırda oxunan: “200 nömrəli yük” adı altında gətirilən CƏSƏDLƏR – Xaricdə yaşayıb, niyə Vətəndə dəfn edilirik? - ARAŞDIRMA 

71455

"Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı" – Bu, bizim ən çox istifadə etdiyimiz məşhur atalar sözlərindən biridir. Xaricdə yaşayan və ya həmin yerlərə səfərə gedən şəxslər hər dəfəsində geri qayıtdıqdan sonra bu sözləri deyir.

Çox zaman illərlə qərib ölkədə, yurdda yaşayan insanlar "İşdi birdən ölsəm, məni öz yurdumda dəfn edin" deyə öz övladlarına, doğmalarına tapşırırlar. Halbuki, həmin yurd çox uzaq və əlçatmaz ucqar kəndlərdə də ola bilir. Hətta bəziləri məni yad dinə mənsub insanlarla birlikdə həmin yerdə dəfn etməyin deyirlər. 

Buna səbəb nədir? Niyə yaşadığımız ölkədə, övladlarımızın yanında deyil, bəlkə də illərlə ziyarət olunmayan ucqarlarda dəfn olunmağa vəsiyyət edirik? 

Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev suallarımıza cavab verib. Onun sözlərinə görə, bu istək ruhsaldır və biz istəmədən baş verir:

"Hər bir insanı ruhsal olaraq harada olursa, olsun doğma yurdu, torpağı özünə çəkir. Bu məsələ mənəvidir. Hər kəs istəyər ki, öz el-obasında dəfn olunsun. Bəzən insanlar son günlərini yaşayanda istəyirlər ki, öz doğulduğu yurdunda olsun.
Bu mənəvi və ruhsal bağlılıqdır. Buna misal olaraq, xaricdə yaşayan məşhur azərbaycanlıları göstərmək olar. Onlar son anda vəsiyyət edirlər ki, doğma yurdlarında dəfn olunsunlar. Hələ bir deyim də var ki, insan torpaqdan yaranıb. Bununla da şəxs harada doğulub, boya-başa çatırsa, ata-anası ilə, dostları ilə xoş xatirələri olan yer, torpaq onu özünə çəkir. Bu bəlkə də kosmik əlaqədir”.

Ü.Şəfiyev həmçinin bildirir ki, xarici ölkədə yaşayan şəxsiyyətlərimizin də son istəkləri öz doğma yurdlarında dəfn edilmək olub:

"Həmçinin bu məsələ vəsiyyətlə bağlı olan bir şeydir. Ola bilsin ki, vəfat edən şəxsin öz istəyi, vəsiyyəti ola bilər ki, onu obasında dəfn etsinlər. Bəzi dahi şəxsiyyətlərimiz var ki, onlar yaşadığı xarici ölkədə dəfn olunub.

Xatırlayırsınızsa, Hüseyn Cavidin də məzarı ölkədə deyildi, ulu Öndər Heydər Əliyev tərəfindən onun məzarı ölkəyə gətirildi və bu çox təqdirəlayiq addım idi. Hesab edirəm ki, bu addımlar xalq və cəmiyyət tərəfindən də müsbət qarşılanır. Kimin harada dəfn olması istəyi düşünürəm ki, həmin şəxslərin arzusu, istəyi və vəsiyyəti ilə bağlıdır", - deyə o, fikirlərini tamamlayıb.
Əslində bu mövzunu araşdırmaqla yaşadığımız yerlərdə vətənləşməyi, oralarda Azərbaycan izinin əbədiləşdirilməsi üçün düşüncə tərzini formalaşdırmaqdır. Amma bütün sahələrdə olduğu kimi, burada da biz daha duyğusal millət olduğumuzu biruzə veririk. İştə bu bizik – AZƏRBAYCANLILAR!

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin