Azərbaycanda heyvanlar üçün tətbiq olunan “yaşıl yem” nədir? – TƏFƏRRÜAT  

Hazırda oxunan: Azərbaycanda heyvanlar üçün tətbiq olunan “yaşıl yem” nədir? – TƏFƏRRÜAT  

71448

Artıq Azərbaycanda “yaşıl yem” texnologiyasının tətbiqinə başlanılıb. “Yaşıl yem” texnologiyası sayəsində mal-qaranın ilin hər fəsli yaşıl yemlə təmin etmək mümkün olacaq.

Heyvandarlıq üçün xüsusi əhəmiyyat daşıyan “yaşıl yem” texnologiyası həm də xaricdən idxal olunan yem bazasını əvəzləyə bilmə potensialındadır.

Bizim.Media-a danışan iqtisadçı ekspert Akif Nəsirli qeyd edir ki, bu Azərbaycan aqrar və kənd təsərrüfatı sahəsində yenilikdir:
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda əkin sahələrini gəmiricilər məhv edir


“Yaşıl yem texnologiyası Azərbaycanda, ümumiyyətlə, yeni bir şeydir. Dünyada, kənd təsərrüfatı ölkələrində çoxdan inkişaf edib. 30 ildən çoxdur ki, bu texnologiya dünyada tətbiq olunur. Bu yaşıl yem texnologiyası sənaye üsulu ilə yaşıl yem kütləsinin alınmasıdır və bu ilin bütün fəsillərində heyvanları yaşıl yemlə təmin edilməsi məsələsidir. Əlbəttə, bu texnologiyanın Azərbaycanda əgər inkişaf etdirə bilsələr, həm idxal edilən heyvandarlıq yemlərinin miqdarı azala bilər, həm də yem texnologiyasının tətbiqi bir tərəfdən də ekoloji problemlərin aradan qaldırılmasını təmin edir”.

Ekspertin məlumatına görə, yaşıl yemlə təmin olunan ölkələrdə komplekslərdə heyvanlar bağlı şəraitdə intevsiv şəkildə bəslənirlər.

“Yaşıl yem” texnologiyası özündə bir sıra pretentativ tədbirlər də ehtiva edir:

“Onlar otlaqlara çıxmır və otlaqları, bitki örtüklərin tükətmir. Ona görə də bu ekoloji cəhətdən səmərəlidir, səhralaşmanın qarşısını almasında birnömrəli tədbirlərdən biridir.
Bu texnologiya həm də heyvanların məhsuldarlığının artırılmasına şərait yaradır. İlboyu heyvanlar bağlı şəraitdə yaşıl yemlə təmin olunurlar. Bu hərtərəfli yem idxalını əsaslı şəkildə azalda bilər, həm ölkədə heyvanların otarılması nəticəsində səhralaşmanın qarşısını ala bilər, süd və ət məhsullarının səviyyəsini də yüksəltmiş olar”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin