Xəbər verdiyimiz kimi, Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.
Bizim.Media-nın məlumatına görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar.
MÖVZU İLƏ BAĞLI:
Bakıda "Lexus"un sürücüsü motosikletçini döydü - VİDEO
Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb:
“Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Bizim.Media