Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu idarə etdiyi BMW markalı avtomobillə Bakıda taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşını vurması barədə xəbərlərlə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, bu məlumatların heç bir əsası olmadığını deyib:
MÖVZU İLƏ BAĞLI:
Polad Bülbüloğlu Bakıda qəza törətdi - VİDEO
Diplomat bildirib ki, Xəqani küçəsində hərəkətdə olarkən “Mercedes”in sürücüsü onun maşının vurulduğunu iddia edib:
“Mən də onun maşınına yaxınlaşdım, bildirdim ki, hansı hissədən vurduğumu, toxunmanın izlərini, maşına dəyən ziyanı göstərsin. Göstərə bilmədi, çünki belə şey olmayıb. Mən heç bir qəza törətməmişəm”. (APA)
Bizim.Media