Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirildi – FOTO

Hazırda oxunan: Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirildi – FOTO

71350

Aprelin 25-də Müdafiə Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin, Tankçı Veteranlar İctimai Birliyinin və Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsində şəhid olan yəhudi əsilli tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Mənbə qeyd edir ki, əvvəlcə Milli Qəhrəman Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarı, sonra isə Bakının Nərimanov rayonunda ucaldılmış abidəsi ziyarət edilib, önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Şəhidin ailə üzvləri və yaxınlarının, döyüşçü yoldaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər Albert Aqarunovun şərəfli həyat və döyüş yolundan danışaraq xatirələrini bölüşüblər.

Qeyd olunub ki, döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Milli Qəhrəmanın ailə üzvləri və yaxınları igid döyüşçünün xatirəsinin daim əziz tutulduğu üçün Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin