İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə iradlar bildirildi – Qubada qəbul 

Hazırda oxunan: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə iradlar bildirildi – Qubada qəbul 

71349

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə heyətinin sədri Zaur Əliyev bu gün Qubada vətəndaşları qəbul edib.

Bizim.Media xəbər verir ki, qəbuldan əvvəl Zaur Əliyev  Quba RİH başçısı Ziyəddin  Əliyevlə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, məzarı önünə tər güllər qoyublar.

Zaur Əliyevin qəbulunda Bizim.Media-nın müxbiri Aytəkin Alxaslı da iştirak edib. Bölgənin rayon xəstəxanalarında yeni yaradılan ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyətinin qənaətbəxş olmadığı, həmin əməkdaşların mətbuatla işləmək bacarıqlarının aşağı səviyyədə olduğu diqqətə çatdırılıb.

Məlumat verilib ki, TƏBİB yerlərdəki ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətini gücləndirməlidir.

Həmçinin xəstəxanalarda  baş verən neqativ halları  və müsbət hadisələri ictimaiyyətlə əlaqələr şöbəsi operativ olaraq mətbuat nümayəndələrinə çatdırmalıdır.

Aytəkin Alxaslı fevralın 17-də TƏBİB-in mətbuat xidmətinə bölgə xəstəxanalarındakı həkim çatışmazlığı ilə bağlı göndərdiyi sorğuya hələ də cavab verilmədiyini Zaur Əliyevin diqqətinə çatdırıb. 

İTSDA sədri səslənən fikir və təklifə hörmətlə yanaşaraq bildirib ki, ictimaiyyətlə əlaqələr şöbələri yeni yaradılıb, hər hansı problem ola bilər, gələcəkdə bütün təkliflər nəzərə alınacaq.
TƏBİB sədri Vüqar Qurbanov qaldırılan  məsələ ilə bağlı TƏBİB-in mətbuat  rəsmisi Zamirə Adilovaya göstəriş veriləcəyini deyib.

Zaur Əliyevin vətəndaş qəbulunda Quba və Qusardan olan vətəndaşları narahat edən məsələlər dinlənilib, həlli məqsədilə tapşırıqlar verilib.

Aytəkin Alxaslı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin