Zəngəzur dəhlizi bu tarixdə açıla bilər

Hazırda oxunan: Zəngəzur dəhlizi bu tarixdə açıla bilər

71340

“Zəngəzur dəhlizinin açılacağı vaxt 2023-cü ilin bu aylarına gözlənilir. Lakin bu o demək deyil ki, dəhliz tam olaraq istifadəyə veriləcək. Çünki qarşı bağlantılar hazır deyil”. 

Bizim.Media xəbər verir ki, bunu Apa-ya Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın deyib.

Onun sözlərinə görə, dəhliz vasitəsilə azad olunmuş ərazilərin bərpası üçün zəruri mal-materialların daşınması təmin oluna bilər, lakin onun tam gücü ilə işləməsi 2024-cü ilə təsadüf edə bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Zəngəzur dəhlizi üçün maliyyə mənbəyi tapa bilmir


“Hamımız Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyirik. Gördüyünüz kimi bu gün dünyanın etibarlı loqistika iqtisadiyyatı heç də yaxşı vəziyyətdə deyil. Ukraynada baş verən hadisələr bir daha göstərdi ki, alternativ logistika qurulmalıdır. Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılmasında çox böyük səy göstərdi. Əlbəttə ölkəyə bir tərəfdən yox, bir neçə tərəfdən giriş-çıxış olmalıdır. Strateji olaraq ölkənin gömrük qapıları günlük ehtiyacları qarşılayır. Lakin fövqəladə durumda dəhlizin önəmi bir daha önə çıxır”, - deyə Cemal Yangın qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin