Azərbaycanda ölən şəxsin pensiyası ailə üzvlərinə veriləcək – YENİLİK 

Hazırda oxunan: Azərbaycanda ölən şəxsin pensiyası ailə üzvlərinə veriləcək – YENİLİK 

71326

Ailə başçısını itirməyə görə, pensiya məbləğlərinin hesablanması qaydalarında yeni təklifə görə, bu istiqamətdə 2 yenilik nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov “Facebook” hesabında məlumat paylaşıb.

“Əmək Pensiyaları haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik ailə başçısını itirdikdən sonra dünyasını dəyişmiş şəxsın pensiyasının ailə üzvüləri arasında bölüşdürülməsini nəzərdə tutur.
Hazırda yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Dəyişikliklərdən sonra bu reallaşacaq” – deyə deputat qeyd edib.

Vüqar Bayramov bildirib ki, digər dəyişiklik, pensiyaçı dünyasını dəyişəndən sonra onun əmək pensiyasının sığorta hissəsi məbləğinin indeksləşdirilməsi ilə bağlıdır.

Yeni layihə qəbul olunandan sonra, dünyasını dəyişən şəxsin pensiya kapitalının indeksasiya olunub artırılması halı mümkün olacaq.

Qanunun 18.3-cü maddəsinə ediləcək düzəlişə əsasən pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.

Sığorta məbləğinin həcmi böyük olan zaman artımlar daha böyük faizlə ifadə olunacaq.

Dəyişiklik layihəsi Milli Məclisinin 26 aprel tarixili Plenar İclasında müzakirəyə çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin