2-ci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi keçirildi - FOTO

Hazırda oxunan: 2-ci “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi keçirildi - FOTO

71190

Aprelin 24-də "Yüksəliş" müsabiqəsinin “Ümumi biliklər üzrə onlayn imtahan”ı keçirilib. 

Bizim.Media xəbər verir ki, iştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla, iki sessiyada təşkil edilib.

“Ümumi biliklər üzrə onlayn imtahan” da 7294 iştirakçı iki sessiyada sualları cavablandırıb.

Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə aparılıb. Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat vaxt ayrılıb.

"Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq, iştirakçılara dəstək göstərilib.

Qeyd edək ki, ikinci “Yüksəliş” müsabiqəsində iştirak üçün 12299 namizəd müraciət edib. Onlardan 12253-ü Onlayn mərhələdə iştirak haqqı qazanıb.

Namizədləri qarşıda onlayn mərhələnin “Qabiliyyət imtahanı” gözləyir. “Qabiliyyət imtahanı”da testlər abstrakt düşüncə, rəqəmsal məlumatlarla işləmək bacarığı verbal məlumatlarla işləmək bacarığı olmaqla 3 blok üzrə aparılacaq.

"Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin