Şuşada su anbarının yaradılması üçün işlərə başlanıldı

Hazırda oxunan: Şuşada su anbarının yaradılması üçün işlərə başlanıldı

71062

Şuşada ümumi tutumu 7 milyon kubmetr olan su anbarının yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır.

Bizim.Media xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib

Onun sözlərinə görə, su anbarı Şuşa şəhərinin dayanıqlı su təminatı məqsədilə yaradılır:

“Şuşa şəhərində davam edən quruculuq işlərini nəzərə alsaq, yay aylarında yaranacaq su tələbatını qarşılamaq üçün hazırda təxirəsalınmaz tədbir kimi orda müvəqqəti su bəndinin yaradılması, yeni nasos stansiyasının tikintisi, ordan isə şəhərə magistral su kəməri ilə suyun çatdırılması planlaşdırılır”.
C.Məmmədov deyib ki, Şuşa işğaldan azad olunduqdan sonra şəhəri su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib, magistral kəmərlərdə və su anbarlarında təmir-bərpa işləri həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin