Azərbaycan Demokrat Partiyasının fəalları polisə aparıldı

Hazırda oxunan: Azərbaycan Demokrat Partiyasının fəalları polisə aparıldı

70982

Əldə etdiymiz məlumata görə, Azərbaycan demokrat partiyasının fəal üzvüləri Ruhin Şərifovun və Bahadur Quliyevin evlərinə polis və mülki geyimli şəxslər basqın etmişdir.

ADP dən verilən məlumatda deyilir ki, partiyanin fəal üzvüləri Bahadur Quliyevin və Ruhin Şərifovun evinə Bakı Şəhər Baş Polis idarəsinin əməkdaşları basqın edərək ayrı ayrılıqda Ruhin və Bahadur bəyi zorlə döyərək maşına basaraq polis idarəsinə aparmışlar.
Həbs olunanların ailə üzvülərinin verdikləri məlumata görə evlərinə hücum edən polis əməkdaşları Ruhin və Bahadur bəyin evlərində qanunsuz yoxlamalar aparmış və onlara aid olan bəzi əşyaları goturdükdən sonra hər iki aktivisti elə evlərinin içindindəcə vəhşicəsinə döymüşlər polislərin bu cür qanunsuz əməllərinə sərt reaksiya verən aktivistlərin ailə üzvülərinə isə polis əməkdaşları güc tətbiq etmişlər. 


Biz də qəzet olaraq eyni zamanda konusututsiyanın bizə verdiyi haqdan istifadə edərək Bakı Şəhər Baş polis idarəsinə zəng edərək aktivistlər barədə məlumat almaq istəsəkdə,telefonu göturən polis əməkdaşı Ruhin və və Bahadur bəyin hal-hazırda polis idarəsində olduğunu dedi və bundan artıq məlumat verə bilməyəcini deyərək dəstəyi yerə qoydu.
Xatirladaq ki,hər iki aktivist 28 fevral 2015 ci tarixində Azərbaycanda suni qiymət artimi aksiyasinin təşkilatçıları olmaqla yanaşı aksiyanın fəal şəkildə təbliğatçılarıda olmuşdur.

Əli Haqverdiyev

Cumhuriyyet.az

 

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin