TƏBİB gücləndirilmiş iş rejiminə keçdi - 16 briqada cəlb edilib

Hazırda oxunan: TƏBİB gücləndirilmiş iş rejiminə keçdi - 16 briqada cəlb edilib

70979

Dünya Azərbaycanlılarının V Qurultayı ilə əlaqədar TƏBİB-in ərazi tibbi müəssisələri gücləndirilmiş iş rejimində çalışır.

Bizim.Media TƏBİB-ə istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib.

“Məlum olduğu kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı öz işinə başlayıb.

65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və 1000-dən çox qonağın iştirak etdiyi tədbirin iştirakçılarını zərurət yarandıqda tibbi xidmətlərlə təmin etmək üçün TƏBİB-in ərazi tibbi müəssisələri tədbir müddətində gücləndirilmiş iş rejimində çalışacaq. Hazırda Şuşa Modul Xəstəxanası 24 saat xidmət göstərməkdədir.

Eyni zamanda, tam təchiz olunmuş Təcili və Təxirəsalınmaz Yardım birqadaları (16 briqada) tədbirin keçirildiyi məkana, qonaqların yerləşdirildiyi mehmanxanalara və Füzuli Mərkəzi Xəstəxanasına cəlb olunub.
Tədbir iştirakçılarından “COVlD-19” üzrə PZR test nümunələrinin götürülməsi də TƏBİB tərəfindən təmin edilib.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov tibbi xidmətlərin təşkili ilə bağlı vəziyyətlə yerində tanış olmaq üçün Şuşada səfərdədir”, - deyə açıqlamada qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin