Mingəçevirdə məktəbdə ŞOK HADİSƏ: 10-na yaxın şagird xəstəxanaya çatdırıldı

Hazırda oxunan: Mingəçevirdə məktəbdə ŞOK HADİSƏ: 10-na yaxın şagird xəstəxanaya çatdırıldı

70975

Mingəçevir şəhər 3 saylı orta məktəbin direktoru Gültəkin Quliyeva şagirdlər arasında  qeydə alınmış halsızlıqla danışıb.

O, Bizim.Media-ya açıqlamasında 5 nəfərdə halsızlıq halının müşahidə olunduğunu, digərlərinin isə panikaya düşdüyünü bildirib. 

Onun sözlərinə görə, şagirdlər müayinə olunub, ehriyacı olanlara tibbi yardım göstərilib və sağlıq durumları tam stabildir.

***

Mingəçevirdə məktəbdə qəfil halı pisləşən 10-na yaxın şagird təcili xəstəxanaya aparılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə 3 saylı orta məktəbdə baş verib.

İlkin məlumata görə, 6-ci sinif şagirdəri arasında dərs zamanı qəfil narahhatlıq yaşanıb. Uşaqlarda halsızlıq, bəzilərində isə qusma halları müşahidə olunub.

Hadisənin nədən qaynaqlandığı məlum deyil.

Uşaqlara göstərilən ilkin tibbi yardım sayəsində onların durumu stabilləşib.

Faktla bağlı araşdırma aparıllr.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin