DTX rəsmisi: "Ölkəmizdə bu sahənin inkişafı üçün var gücümüzlə çalışmalıyıq”

Hazırda oxunan: DTX rəsmisi: "Ölkəmizdə bu sahənin inkişafı üçün var gücümüzlə çalışmalıyıq”

70971

“Vətən müharibəsi dönəmində görüldü ki, bütün qurumlar güclərini bir istiqamətə yönəltmişdilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəis müavini İlqar Musayev Azərbaycan Kibertəhlükzəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimi - CANLI YAYIM


İlqar Musayev fikirlərinin davamında kibertəhlükəsizlik məsələsinin vacibliyinə diqqət çəkib:

“Bir neçə il öncə internet yarananda kiber sözü dilə gətirilmirdi. Lakin ilk dəfə virus 1980-ci ildə Amerikada yaradılıb. Bundan sonra kiber məsələsi bütün dünyanın prioritet məsələlərindəndir. Hesab edirik ki, AKTA vasitəsilə özəl-dövlət, hamı bu təşkilat vasitəsilə birşləşib, ölkəmizdə bu sahənin inkişafı üçün var gücümüzlə çalışmalıyıq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin