“Bir neçə il öncə məktəblərin internetə qoşulmasında və kompüterləşmədə ciddi problemlər var idi. Lakin ötən il, bu il və gələcək 3 ildə məktəblərə 50 min yeni komputer təqdim olunacaq.
Bizim.Media xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradıldı
Nazirin sözlərinə görə, yeni kompüterlərin təqdim olunması nəticəsində orta məktəblərdə hər 6 uşağa bir kompüter düşəcək.
“Bu öz-özlüyündə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxın göstəricidir. İnanıram ki, bundan sonra rəqəmsallaşmada əsaslı şəkildə yeni işlər görəcəyik”.
Murad Əhmədov, Bizim.Media