Dövlət qurumlarına kiberhücumla bağlı Osman Gündüzdən ÇAĞIRIŞ

Hazırda oxunan: Dövlət qurumlarına kiberhücumla bağlı Osman Gündüzdən ÇAĞIRIŞ

70957

“Bir neçə gün öncə məlumat verilib ki, İcbari Sığorta Bürosunun (İSB) internet resursları kiberhücuma məruz qalıb. İcbari Sığorta Bürosunun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunur. Yəni, İSB-nin bütün sisteminin dağıdılması nəticəsində DTX, DİN, Ədliyyə Nazirliyi və s. qurumların avtomobilləri haqqında, həmçinin bir çox nazirlərə məxsus məlumatlar oğurlanıb”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun (AİF) rəhbəri Osman Gündüz “Facebook” hesabında paylaşım edib.

“Belə görünür ki, əvvəllər sığorta şirkətləri, bizim telefonlarımızı qanunsuz olaraq bir-birilərinə satırdılar, indi isə belə görünür ki, dövlət və özəl sektora, vətəndaşlara aid bütün bu məlumatlar toplam olaraq onlardan oğurlanıb və açıqlanıb.

Hücum edənlər İSB sisteminin bütün incəliklərinə, zəif nöqtələrinə öncədən bələd olublar. Ümumiyyətlə isə, İSB sistemi heç zaman güclü olmayıb.

Kimdir günahkar? Kiber hücum nəticəsində dövlətə məxsus xeyli informasiyalar, vətəndaşlara məxsus fərdi məlumatlar ələ keçirilib.

İSB, baxmayaraq ki, dövlət qurumlarının təşəbbüsü ilə formalaşıb, amma domenindən də görsənir ki , informasiya təhlükəsizliyi baxımından dövlət sektorunda təhlükəsizliyə cavabdeh olan DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nəzarəti altında olmayıb”, – deyə O. Gündüz qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradıldı


Onun sözlərinə görə, bununla neçənci dəfədir ki bu qurumdan məlumatlar sızır:

“RİNN fərdi məlumatların qorunmasına cavabdeh qurum olaraq İSB-dan hesabat tələb etməlidir. Düşünürəm ki, DTX və DİN, hətta özlərinə məxsus olan informasiyaların sızmasına ciddi reaksiya verməli, İcbari Sığorta Bürosundan hesabat tələb etməli və baş verənləri ciddi olaraq araşdırmalıdır. Fərdi məlumatları qoruya bilməyən dövlət və özəl sektora qarşı cəzalar sərtləşdirilməlidir”.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin