Azərbaycanda havanı ən çox kimlər çirkləndirir? – ADLAR

Hazırda oxunan: Azərbaycanda havanı ən çox kimlər çirkləndirir? – ADLAR

70949

“Müəssisələr arasında atmosferi çirkləndirən əsas obyektlər istilik elektrik stansiyalarıdır”.  

Bunu Bizim.Media-ya açıqlamasında ekoloq Fikrət Cəfərov Azərbaycanda atmosferi çirkləndirən müəssisələrin əsasən hansılar olduğuna aydınlıq gətirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakını ağuşuna alan TOZ DUMAN - Bizə hansı XƏSTƏLİK gətirib? 


“Hazırda ölkəmizdə Sovet dönəmindən qalma atmosferi çirkləndirən müəssisələrin demək olar ki, heç biri qalmayıb. Bir neftayırma zavodu qalıb. Bununla belə, ölkədə hələ də bir sıra müəssisələr var ki, xüsusən də Bakı şəhərində atmosferi ciddi şəkildə çirkləndirməkdə davam edirlər. Hazırda bu xüsusda daha neqativ rol oynayan müəssisələr ilk növbədə istilik elektrik stansiyalarıdır. Düzdür, əvvəlki dövrlə müqayisədə istilik elektrik stansiyaları ekoloji baxımdan nisbətən təmiz işləməyə başlayıblar.
 

Ona görə ki, təbii qazdan istifadə edir, mazutdan istifadəni isə dayandırıblar. Lakin bununla belə, hələ də atmosferin çirkləndirilməsində məhz istilik elektrik stansiyaları ön cərgədə yer alırlar”. 


Ekoloq bildirir ki, neftayırma zavodları isə bu mənfi prosesdə ikinci yerdə qərarlaşıb: 

“Burada da ara-sıra çirklənmə tendensiyası özünü göstərir”.

F.Cəfərov istehsal müüəssisələri nəzərə almadıqda isə atmosferin çirklənməsində əsas amilin nəqliyyat vasitələri olduğunu dedi: 

“Bu da avtomobillərin çoxluğu və onun azı 50 faizinin müasir tələblərə cavab verməyən maşınlardan ibarət olması ilə bağlıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin