Mariupolda həlak olan həmyerlimizin nəşi doğma kəndində dəfn olunacaq

Hazırda oxunan: Mariupolda həlak olan həmyerlimizin nəşi doğma kəndində dəfn olunacaq

70939

Ukraynada həlak olan azərbaycanlının nəşi bu gün ölkəyə gətiriləcək. 

Bizim.Media-nın xəbərinə görə, Samux rayonun Sərkar kənd sakini, 1977-ci il təvəllüdlü Məmmədov İlqar Girman oğlu Ukraynanın Mariupol şəhərində həlak olub.

Samux rayon İcra Hakimiyyətindən bildirilib ki, İlqar Məmmədov martın 17-də Ukraynanın Mariupol şəhərində yaralıları digər sığınacağa evakuasiya edən zaman, əraziyə bomba düşməsi nəticəsində ağır qəlpə yarası alıb. O, elə hadisə yerində dünyasını dəyişib. 

Mərhum öncə Mariupolda dəfn edilib. Sonradan onun dəfn yeri müəyyən olunub və mərhumun nəşi ekshumasiya olunaraq doğulduğu kəndə yola salınıb. 

Məlumat üçün bildirək ki, İlqar Məmmədovun ailə üzvlərinin də uzun zaman Mariupolda mühasirədə qaldığı bildirilir. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin