Bizim.Media Junona.org saytına istinadən bu günə olan romantik ulduz falını təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Co Baydenin prezidentliyi yarımçıq qalacaq, Rusiya qarışacaq... – ASTROLOQ - VİDEO
Qoç
Bu gün evdən çölə çıxmaqla yuxusuz gecələrinizdə arzuladığınız həmdəmlə rastlaşa bilərsiniz. Kimdən söhbət getdiyini xatırlamaya bilərsiniz, çünki bu insan uzaq keçmişinizə aiddir. Hər-halda bu hadisə yanvarın 1-nə olan planlarınızı dəyişə bilər.
Buğa
Bu gün sevdiyiniz insan sizi müəyyən xəbərlərlə sevindirəcək. Sizi müjdələyənə təşəkkür etməyi unutmayın.
Əkizlər
Bu gün sərbəst vaxtınızı dəqiq hesablayın, yoxsa şəxsi həyatınızda problem yaşamağınız qaçılmazdır. Düzü, bu narahatlıqlar sizin üçün elə də qorxunc görünməyə bilər, lakin ola biləcək xoşagəlməzliklərdə bəyəndiyiniz heç nə olmayacaq.
Xərçəng
Bu bürcə aid olanlar bu gün mümkün qədər sevdikləri insanla baş-başa qalıb, ürəkdən söhbətləşməlidirlər. Bu sizin hansısa anlaşılmazlıqlarınız olması anlamına gəlmir. Di gəl ki, bir-birinizə deyəcəyiniz "necəsən" sualı da gününüzü hədər yaşatmayacaq.
Şir
Qoy, yanvarın 1-i sizin üçün səhərdən axşamacan romantik olsun. Yüngül səhər yeməyi ilə başlayın, ardınca qayğıkeş sözlər, duyğulu SMS-lər göndərin. Axşam sevgilinizə kiçik də olsa hədiyyə etməyi unutmayın.
Qız
Bu gün sevimli insanınız haqqında düşüncələriniz sizə yaxın digər insanların rəyi ilə formalaşacaq. Onlar həmdəminiz haqqında fikirlərini söyləyəcək ki, sizə də ancaq razılaşmaq, yaxud inkar etmək qalacaq.
Tərəzi
Bu gün sevdiyiniz şəxs ondan nə istədiyinizi anlamaqda çətinlik çəkəcək. Bu səbəbdən onu bir neçə dəfə başa salmaq məcburiyyətində qalacaqsınız.
Əqrəb
Sevdiyiniz insan sizə bacardıqca yaxın olmağa çalışacaq. Onun bu təşəbbüsünü anlayışla qarşılamağa çalışın.
Oxatan
Bu gün həmdəminizə sizin dəstəyiniz lazım olacaq. Lakin çətin ki, onun xahişini eşidə, duya biləsiniz. Bu səbəbdən sevgilinizin nə istədiyini özünüz tapmağa çalışın.
Oğlaq
Sizin gününüz vacib işlərlə əhatə olunacaq. Evinizin təmiri, işdəki problemin həlli, yaxud uşağınıza tədris proqramını izah etmək kimi qayğılarla üzləşə bilərsiniz.
Dolça
Axır ki, sevgiliniz sizin ilk kəlimənizlə nə demək istədiyinizi, arzularınızı anlayacaq. Həmdəminiz bu gün sizi sizin özünüzdən daha yaxşı başa düşəcək. Bu səbəbdən müxtəlif hiylələrlə ürəyinizdəkiləri gizlətməyə çalışmayın.
Balıqlar
Sevdiyiniz insan sizə nə olduğunu anlamayacaq. Elə biləcək ki, sırf onu hirsləndirmək üçün problem uydurursunuz. Odur ki, bu gün problemlərinizi gizlətməyə çalışın.
Bizim.Media