Bu gün energetika naziri Pərviz Şahbazov Cəlilabadda vətəndaşları qəbul edib.
Bizim.Media xəbər verir ki, qəbulda qurumun aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak edib.
Qəbulda Bakı şəhəri, Cəlilabad, Lənkəran və Biləsuvar rayonlarından olan 30-a yaxın vətəndaş elektrik enerjisi təchizatı, enerjidən istifadəyə görə yaranmış cərimə və borcun silinməsi, elektrik enerjisinin keyfiyyəti, kəndlərin elektrik təsərrüfatı, elektrik dirəklərinin vəziyyəti, hava elektrik veriliş xəttinin yerinin dəyişdirilməsi, ərazilərin qazlaşdırılması, işlə təminat, eləcə də bərpa olunan enerji sahəsi üzrə ictimai birliyin yaradılması təklifi ilə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Vətəndaşların müraciətləri dinlənilib, həlli araşdırma tələb edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib, Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:22 / 22.04.2022
Energetika naziri Cəlilabadda vətəndaşları qəbul etdi - FOTO
Hazırda oxunan: Energetika naziri Cəlilabadda vətəndaşları qəbul etdi - FOTO
Hazırda oxunan: Energetika naziri Cəlilabadda vətəndaşları qəbul etdi - FOTO
70841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.