Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində yer alıb.
Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edib.
Aprelin 21-i ikinci (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü üçüncü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də isə sonuncu - dördüncü (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecəsi olacaq.
Qeyd edək ki, Ramazan ayı Azərbaycanda aprelin 2-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
06:28 / 21.04.2022
Qədr gecələri nə vaxtdır? - TƏQVİM
Hazırda oxunan: Qədr gecələri nə vaxtdır? - TƏQVİM
Hazırda oxunan: Qədr gecələri nə vaxtdır? - TƏQVİM
70680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.