Azərbaycanın qədim xalçalarını xarici bazara çıxaran kimdir? - ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycanın qədim xalçalarını xarici bazara çıxaran kimdir? - ARAŞDIRMA

70623

Аzərbаycаn dünyаnın ən qədim xаlçаçılıq mərkəzlərindən biri kimi bütün dünyada tanınır. Xarici ölkələrin də milli xalçalarımıza marağını nəzərə alsaq, onun satışı-alışı məsələsi hər zaman müzakirə məsələsi olub. Lakin bu günlərdə qarşımıza çıxan bir sayt bizi təəccübləndirdi. 

Bizim.Media xəbər verir ki, antiquesboutique.com adlı bu saytda Azərbaycanın milli xalçaları satışa qoyulub. 

Belə ki, Böyük Britaniyadan idarə olunan sözügedən sayt antik əşyalar satış ilə məşğuldur.

Həmin əşyalar sırasına baxdıqda Azərbaycanın milli xalçalarına rast gəlmək mümkündür. Saytda gedən elanlarda təkcə Azərbaycanın “Qarabağ” xalçası yox, həmçinin İran, Tehran, fars xalçaları da satışa qoyulub.  “Antique Karabagh Rug”, “Antique Caucasian Karachopf Kazak” deyə adlandırılan xalçalarımız £850 (Fund sterlinq) satış qiymətinə çıxarılıb. Hətta xalçanın eni, uzunluğu, dizaynı və digər detallar haqqında məlumatlar da verilib. 

Qarabağ xalçaların Böyük Britaniyaya qədər gedib çıxması və satışa qoyulması ciddi suallar yaradır. Görəsən bu xalçalar ermənilərin bizdən oğurlayıb xarici ölkələrə satdığı həmin milli xalçalardırmı?

Məlumdur ki, 1-ci Qarabağ müharibəsi zamanı onlar evlərdə qalan milli, Qarabağ xalçalarını oğurlayaraq xarici ölkələrə satmağa, öz adlarına çıxarmağa çalışıblar.

Bundan başqa, Quba, Qazax, Gəncə və s. yerlərə aid olan xalçalarımız Azərbaycandan kimin əli ilə çıxarılır? Xalçamızın ölkə sərhədlərini keçmək qaydaları necədir? Və mədəni irs sayılan qədim xalçalar hansı yolla hüdudlarımız aşıb? 

Suallarımızla bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Qurum rəsmisi Türkan Cəfərova qeyd olunan məlumatlar haqqında soruğumuza yaxın günlərdə cavab veriləcəyini bildirib.
Araşdırmamız davam edəcək.

Səkinə Yusibli, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin