Daşkəsən, Xocalı, Şəmkir və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Xocalı Rayon Prokuroru Şahin İmanov vəzifəsindən azad edilib. O, Daşkəsən Rayon Prokuroru təyin olunub. K.Əliyevin digər əmrləri ilə Daşkəsən Rayon Prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad olunaraq Tovuz Rayon Prokuroru təyin edilib.
Xocalı Rayon Prokuroru vəzifəsinə isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev təyin edilib.
Azər Hətəmov isə iki səlahiyyət müddətinə Şəmkir rayonuna yeni prokuror təyin edilib.
Bizim.Media