Kartof sahəsindən tapılan METEORİTİN sahibi danışdı: “Ehtiyacıma görə satışa çıxarmışam” - FOTO

Hazırda oxunan: Kartof sahəsindən tapılan METEORİTİN sahibi danışdı: “Ehtiyacıma görə satışa çıxarmışam” - FOTO

70558

Qubanın Nütəh kənd sakini İftixar Əsgərov maraqlı və nadir təbiət hadisəsinin maddi sübutu olan meteorit parçası tapıb.

Bu barədə nadir cisimin satıldığı barədə elan verən İftixar Əsgərov onu necə tapmasını özəl olaraq Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda meteorit parçası satılır - FOTO


Deyir ki, təxminən bir il əvvəl bağlarında şumlanmış ərazidə bellə qazarkən 30 sm dərinlikdən bu cisimi tapıb:

"Kartof əkini ilə məşğul idim. Birdən belə nəsə bərk cisim ilişdi. Çıxardım, görünüşü məni heyrətləndirdi. Səthi sanki yanmış və bir az sürtülmüşdü. Metal tərkiblidir və ağırdır. İndiyədək rastlaşdığım heç bir dağ süxuruna bənzəmirdi".

İftixar deyir ki, "uşaq vaxtı Nütəh kəndinin yaxınlığında bir dağın arxasına meteor düşdüyünü eşitmişdim. Çoxları görmüşdü. Mən belə hesab edirəm ki, bu həmin meteorun parçasıdır".

Müsahibim səmadan düşüb torpağa qarışan bu cisim parçasının çəkisinin 100 qram olduğunu deyir və tapıldığı ərazinin və ətraf yerlərin fotolarını bizə təqdim edib.
Qeyd edək ki, orta təhsilli İftixar Əsgərov Vətən Müharibəsi iştirakçısı olduğunu, Füzuli, Cəbrayıl və Xocavənd döyüşlərində iştirak etdiyini dedi.

Xəbər verdiyimiz kimi, İftixar artıq bu parçanı satışa da çıxarıb. Deyir ki, ehtiyacımı qarşılamaq üçün bu addımı atmışam. Təbii ki, kolleksiya həvəskarları üçün bu çox maraqlı olacaq. Amma meteor parçasının dövlət tərəfindən alınması və fiziklərimiz, kimyaçılarımız tərəfindən araşdırılması daha məqsədə uyğun olardı.

Aytəkin Alxaslı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin