Şuşaya bilet satışı DAYANDIRILIB? – Nazirlikdən AÇIQLAMA

Hazırda oxunan: Şuşaya bilet satışı DAYANDIRILIB? – Nazirlikdən AÇIQLAMA

70551

Bakıdan Şuşaya may ayı üçün bilet satışı yoxdur. “Yolumuz Qarabağa” portalı vasitəsilə bilet axtarışında növbəti ay üçün gediş-dönüş bileti ilə bağlı məlumatlar yerləşdirilməyib.

Söyləntilərə görə Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı və Şuşa festivalı ilə əlaqədar hələlik bilet satışı dayandırılıb. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyeva bildirib ki, bilet satışı dayandırılmayıb:

“May ayının biletləri yaxın günlərdə satışa çıxarılacaq”, - deyə qurum rəsmisi əlavə edib. 

Xatırladaq ki, yanvarın 24-dən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir.

Bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin