Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlandı

Hazırda oxunan: Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlandı

7055

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların giriş-çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən davam etdirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində 2020-ci il dekabrın 30-da da bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması halları aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, nəzarət-profilaktik yoxlamalar zamanı postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4 000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2 532 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Eyni zamanda, ev şəraitində müalicə təyin edilmiş 8 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq yaşadıqları ünvanlara qaytarılıb ki, onlardan da 6 nəfər barəsində cinayət işi başlanılıb.

"Bir daha vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etməyi xahiş edirik".

"Xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edir, ən xoş diləklərimizi yetirir, hər bir kəsə gözəl bayram ovqatı arzulayırıq", - Mətbuat Xidmətindən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin