Biləsuvarda kanal daşdı, evlər, həyətlər su altında qaldı

Hazırda oxunan: Biləsuvarda kanal daşdı, evlər, həyətlər su altında qaldı

70502

Biləsuvar rayonunun Səmədabad kəndində bəzi evləri və onların həyətyanı sahələrini su basıb. 

Bizim.Media “Report”a istinadən xəbər verir ki, hadisəyə kəndin yuxarı hissəsində sakinləri ötən ildən su ilə təmin edən yeni su kanalının daşması səbəb olub. 

Onlar bildiriblər ki, təsərrüfatlarına dəyən ziyan su arxının təmizlənməməsi və su ötürücü qurğuların normal olmaması ilə əlaqədardır. 

Yeni çəkilən bu su kanalı hazırda kəndin yuxarı hissəsində 80-ə yaxın evin su təminatını ödəyir. Əvvəlki dövrlərdə burdakı evlərin su təminatı Mil-Muğan kanalından (əvvəl çəkilən - red.) olub.

Son illər kanala yaxın ərazilərdən əkin dövriyyəsində 3000 hektara yaxın artımın olması suya təlabatı kəskin artırıb və suyun səviyyəsi azalıb. Kənd əhalisinin suya ehtiyacını ödəmək üçün ötən il yeni kanal çəkilib. Ancaq kəndin giriş hissəsində kanalın aşağı səviyyədə olması subasmaya səbəb olur. 

Problemlə əlaqədar olaraq kəndin bələdiyyə sədri Əliislam Orucov bildirdi ki, sakinlərin şikayəti haqlıdır:

"Kənd sakinlərindən biri öz həyətyanı sahəsindəki əkini suvarmaq üçün vurulan bəndi açıb. Suyun həcmi çox olduğundan, kanal suyu ötürə bilməyib. Nəticədə 4 evin həyətyanı sahələrini su basıb. Məsələ aidiyyəti qurumlarla, icra nümayəndəliyi ilə birlikdə müzakirə olunub, yaxın vaxtlarda öz müsbət həllin tapacaq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin