Aprelin 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.
Bizim.Media xəbər verir ki, görüşlərdə Prezident İlham Əliyevin məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad edilmiş ərazilərdə bu məqsədlə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi, infrastruktur layihələrinin icra olunduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxlayır, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşır.
Komitə sədrinin fərdi qaydada görüşdüyü vətəndaşların əksəriyyətini məcburi köçkünlər təşkil edib.
Onların müraciətləri, əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
05:20 / 20.04.2022
Dövlət Komitəsində vətəndaşların qəbulu keçirildi - FOTO
Hazırda oxunan: Dövlət Komitəsində vətəndaşların qəbulu keçirildi - FOTO
Hazırda oxunan: Dövlət Komitəsində vətəndaşların qəbulu keçirildi - FOTO
70482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.