"Qanun Nəşrlər Evi"nin yaxınlığında aşkar edilən qumbara götürüldü - FOTO/VİDEO 

Hazırda oxunan: "Qanun Nəşrlər Evi"nin yaxınlığında aşkar edilən qumbara götürüldü - FOTO/VİDEO 

70404

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyi (FHN) “Qanun Nəşrlər Evi”nin yaxınlığında sursat tapılması ilə bağlı məlumat yayıb. FHN-dən verilən informasiyaya görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 76 ünvanında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Bununla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd təlim xarakterli, döyüşə yararsız F-1 əl qumbarası olduğu müəyyən edilib.

Bizim.Media xəbər verir ki, sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin