Tural Abbaslıdan yəhudiləri təhqir edən müavini ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Tural Abbaslıdan yəhudiləri təhqir edən müavini ilə bağlı AÇIQLAMA

70399

Ağ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədlinin sosial şəbəkə hesabından yazdığı fikirlər geniş müzakirələrə səbəb olub. 

Belə ki, politoloqun “dünyada ən varvar və vəhşi toplum yəhudilər və xristianlardır. Siz öz fikrinizdə qalın, mən də öz fikrimdə. Ləkum dinikum va liya din (Sizin dininiz sizə, mənim dinim mənədir, bax:Kafirun surəsi, 6-cı ayə)” deyə qeyd edib.

Dünyanın ən böyük toplumlarından ikisi haqqında bu cür ümumiləşdirmənin aparılması isə heç də birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə Əhəd Məmmədlinin fikirləri bir qədər kontekstdən çıxarılıb:

“Əhəd bəy orada dünya müsəlmanlarını qarşı oxşar fikirlərin səsləndirilməsi kontekstindən çıxış edib. Bizim partiyanın dini məsələlərə mövqeyi qanunvericilikdə də öz əksini tapıb. Biz Azərbaycanda kiminsə dininə, irqinə və milliyətinə görə ayrıseçkilik qoymuruq. Həmin fikirlər Əhəd bəyin şəxsi yanaşmasıdır. Ola bilsin ki, fikirlərini tam ifadə edə bilməyib. Məqsəd müsəlman cameəsinə olan hücumların qarşısını müqayisəli şəkildə alınmasıdır. İnsanların dininə görə yaxşısı da var, pisi də”.

Tural Abbaslının sözlərinə görə, Ağ Partiya son zamanlar cəmiyyətin diqqətə saxladığı partiyadır:

“Buna görə də rəqiblərimiz arasında qərəzli insanlar da çoxdur. Onlar nə isə axtarırlar ki, fikirdən tutsunlar”.

Müsahibimiz sözügedən mövzuda cəmiyyətdə olan bəzi stereotiplərə də diqqət çəkib:
 

“Müsəlman deyəndə terrorist sözünü gətirirlər, yaxud da Fələstin və digər məsələlərdə bu müşahidə olunur. Təbii ki, müsəlman kimi bizdə İslam təəssübkeşliyi olmalıdır. Bizim cəmiyyətdə bir çox hallarda “Papadan çox katoliklik olmaq” halları müşahidə olunur.


Onun da acı nəticələri çıxır. Biz insanları dininə, dilinə və irqinə görə ayırmırıq. Lakin dünya birliyi Azərbaycan-Ermənistan münasibətlərində hər bir faktoru nəzərə alır. İstər dini, istər irqi, istərsə də milli kimlik faktoruna istinad edərək, Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Düşürəm ki, bu məsələlərdə həssas olmaq lazımdır. Nə məsələrin ifratına varmaq, nə də “Papadan çox katolik olmaq” lazım deyil”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin