Sevdiyi qızı intihara məcbur edən İsmayıl - “Belə bitməsini istəmirdim” 

Hazırda oxunan: Sevdiyi qızı intihara məcbur edən İsmayıl - “Belə bitməsini istəmirdim” 

70339

Şəkidə sevdiyi qızı intihara məcbur etməkdə ittiham edilən 21 yaşlı İsmayıl Rəhimov ona verilən cəzadan narazıdır. 

Bizim.Media xəbər verir ki, 2001-ci il təvəllüdlü Məlahət Quliyevaya (ad və soyad şərtidir) hədə-qorxu gələrək onu özünü öldürməyə məcbur edən və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilərək 7 il həbs cəzası verilən İsmayıl apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini tələb edib. 

“Qafqazinfo”nun məlumatına görə, Şəki Apellyasiya Məhkəməsində şikayətə baxılarkən İsmayıl ona təqsirləndirildiyi maddə üzrə yuxarı həddə cəza verildiyini deyib və həbs müddətinin azaldılmasını xahiş edib:

“Bu hadisədə mən də təqsirkaram, özümə bəraət qazandırmıram. Belə bitməsini istəmirdim. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və mənə verilmiş cəzanın yüngülləşdirilməsini xahiş edirəm”. 

İsmayılın vəkili də çıxış edərək onun cəzasının yüngülləşdirilməsinin, eləcə də ona bəraət verilməsinin mümkün olduğunu deyib: “İsmayıl mərhum Məlahəti çox sevirdi və buna görə də təbii ki, heç vaxt onun özünü öldürməsini arzu etməyib, edə də bilməzdi. İsmayıl sadəcə onu çox sevdiyi üçün ondan əl çəkmək istəməyib. Çünki onlar 3 ilə yaxın idi ki, sevgili idilər və bir-birlərini çox sevirdilər. Bundan başqa mərhumun telefonuna, meyitə baxış keçirilən zaman və hadisə yeri tətqiq edilərkən müdafiə tərəfinin və hal şahidlərinin iştirakı təmin edilməyib”. 

Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı isə İsmayılın və vəkilinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edib. 

Şəki Apellyasiya Məhkəməsi şikayətin təmin edilməməsi ilə bağlı qərar verib. Xatırladaq ki, istintaq zamanı tələbə olan Məlahət Quliyevanın sinif yoldaşı və keçmiş sevgilisi olan İsmayıl tərəfindən intihara məcbur edilməsi üzə çıxıb. Belə ki, araşdırma zamanı Məlahətin telefonundakı son yazışmaları diqqət cəlb edib. 20 yaşlı qız başqası ilə ailə həyatı quracağını dedikdən sonra oğlan tərəfindən şantaj edilib.

Mayın 10-da İsmayıl ardıcıl mesajlar yazaraq Məlahəti təhqir edib, onun intihar etməsini tələb edib. Əks halda sevgili kimi görüşdükləri vaxt çəkdiyi görüntüləri Məlahətin atasına və qardaşına göndərəcəyi ilə hədələyib.  
İsmayıl Məlahət qarşısında konkret vaxt təyin edərək həmin vaxt daxilində intihar etməsini, yoxsa görüntüləri yayacağını deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin