Əfqanıstanda döyüşlərdə həlak olanların ailələrinə aylıq 500 manat veriləcək

Hazırda oxunan: Əfqanıstanda döyüşlərdə həlak olanların ailələrinə aylıq 500 manat veriləcək

7027

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 500 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü veriləcək.

Daha əvvəl həmin təqaüdün məbləği 300 manat idi.

Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin