"Aqrar Tədarük və Təchizat”ın Nizamnaməsi dəyişdi - NAZİRLƏR KABİNETİ

Hazırda oxunan: "Aqrar Tədarük və Təchizat”ın Nizamnaməsi dəyişdi - NAZİRLƏR KABİNETİ

70261

Nazirlər Kabineti “Aqrar Tədarük və Təchizat” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə qərarında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, cəmiyyət ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili üçün digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxs olacaq.

Bundan əvvəl, cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxs idi.

Cəmiyyətin hüquqları və vəzifələri artırılıb:

- satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiyməti, növü, miqdarı və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı hər il avqustun 1-dək elektron portalda yerləşdiriləcək;

- Elektron portalda barəsində məlumat yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqini “Elektron kənd təsərrüfatı” informasiya sistemi və (və ya) yerində baxış vasitəsilə hər il oktyabrın 1-dək aparır və həmin monitorinqin nəticələrini elektron portala daxil edəcək;

- Satınalan təşkilatların müraciəti və (və ya) monitorinqin nəticələri əsasında satınalma və müqavilə şərtlərinə əməl etməyən ərzaq məhsulları istehsalçılarının və ya satıcılarının təkliflərinin 1 (bir) il ərzində elektron portalda yerləşdirilməsini məhdudlaşdırır, eləcə də bu sahədə yaranan münasibətləri tənzimləyən normativ hüquqi aktların tələbləri pozulduğu hallarda tədbirlərin görülməsi barədə aidiyyəti üzrə məlumat verəcək;

- elektron portaldan istifadəyə görə ödənilən vəsaitin məbləğini satınalma dövründə hər bir müqavilə üzrə bir dəfə müəyyən etməklə, elektron portaldan istifadəyə görə satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılmış müqavilə üzrə satılmış ərzaq məhsullarının dəyərinin 10 faizə qədərini satınalan təşkilatdan alır;
Elektron portalda barəsində məlumat yerləşdirilən istehsalçı və satıcıların fəaliyyətinin monitorinqi məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sistemindən, yerində baxış zamanı isə onlardan zəruri məlumatları əldə etmək isə Cəmiyyətin hüquqları sırasına daxil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin