Ali təhsil almaq iddiasında olan 300 nəfərin topladığı 0 BAL – Ekspertdən HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: Ali təhsil almaq iddiasında olan 300 nəfərin topladığı 0 BAL – Ekspertdən HƏYƏCAN TƏBİLİ

70251

2022-ci il buraxılış imtahanlarında 92673 nəfərdən təxminən 23650 nəfər 0-50 bal toplayıb.

Belə ki, təxminən 25%-ə yaxın məzun ali təhsil müəssisələrinə qəbul imtahanında çox aşağı nəticə göstərib.

Hər il daha da aşağı düşən ali təhsil müəssisələrinə qəbul göstəricilərinin səbəbləri nədir?

Bizim.Media-nın suallarını cavablayan təhsil eksperti Elçin Əfəndi bildirib ki, konkret 300 nəfər 0 nəticə göstərib, yəni ümumiyyətlə, heç bir bal toplamayıb, bu çox acınacaqlı durumdur: 

“Burada səbəb çoxdur, üstəlik, proqramlar fərqlidir. Təhsil Nazirliyi dərsliklərindən fərqli olaraq, DİM vahid proqram əsasında qəbul həyata keçir. Bu proqram hələ sırf 3 fənn üzrədir. Azərbaycan dili, ingilis dili və riyaziyyat. Bu 3 fənn üzrə şagirdlərin ümumi göstəriciləri kifayət qədər aşağıdır. Bu nəticə ilə 24 min nəfər məzunun bilik səviyyəsi və dünya görüşünün çox aşağı olması deməkdir”.

Elçin Əfəndi hesab edir ki, Təhsil Nazirliyi, eyni zamanda DİM müvafiq olaraq işçi qrup yaradıb, məsələni ciddi araşdırmalıdır.

Ekspert nəticələrinin aşağı olmasını nə imtahanların tez başlaması ilə, nə də sualların çətinliyi ilə əlaqələndirib:

“Çünki imtahan ən azı 60 min nəfər orta bal toplayıbsa, deməli, sual çətin deyil. Burada əsas problem ondan ibarətdir ki, orta təhsil müəssisələrində dərslərə, çox təəssüflər olsun ki, biganə yanaşılır. Şagirdlərin təhsilə biganə yanaşması müəllimlərin də həmin dərslərə qeyri-ciddi yanaşması ilə nəticələnir”.

Elçin Əfəndi açıq yazılı suallarda müəyyən texniki səhvlərin olmasına da münasibət bildirib:

“İstənilən halda, yüksək bal toplayanlar da var. İki nəfərdə maksimum nəticə əldə olunub. Bunlar onu deməyə əsas verir ki, suallar çətin olmayıb. Burada təhsilin keyfiyyətini müəyyən edən əsas amil odur ki, niyə 24 min nəfər şagird 50 bal həddini aşmayıblar. Aiddiyatı qurumlar təcili bu istiqamətdə işlər aparılmalıdır. Bu hadisə onlar üçün həyəcan siqnalı olmalıdır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin