DİN: Masallıda azyaşlıya təcavüz faktı təsdiqini tapmayıb

Hazırda oxunan: DİN: Masallıda azyaşlıya təcavüz faktı təsdiqini tapmayıb

70246

Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, Masallı rayonunun Ərəb kəndinin sakini Ə.D. Masallı RPŞ-yə müraciət edib:

"Dərhal müvafiq araşdırmalara başlanılıb. Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin