Bakıda kirayə verən qadın 3 min manat CƏRİMƏLƏNDİ – Müqavilədə MÜƏMMA  

Hazırda oxunan: Bakıda kirayə verən qadın 3 min manat CƏRİMƏLƏNDİ – Müqavilədə MÜƏMMA  

70225

Bakıda evini kirayə verən şəxs 3 min manat cərimələnib. Bu barədə Arzu Aydın adlı profil sahibi “Facebook”dakı “Hüquqşünaslar” qrupunda məlumat verib. Şəxsin bildirdiyinə görə kirayə verdiyi evə kirayəşini qeydiyyata salmadığı üçün qeyd olunan məbləğdə cərimələnib.

Maraqlıdır, məsələnin qanuni anlamı və hüquqi izahı nədir? 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bizim.Media-ya açıqlamasında deyib ki, çox güman ki, şəxs kirayə müqaviləsi bağlamadığına görə cərimələnib: 

“Amma müqavilə yoxdusa, cərimə mülkiyyətçiyə yönəldilməlidir. Çünki kirayə verən odur. İcarə müqaviləsi üzrə vergi öhdəlikləri qarşılıqlı razılaşma əsasında icarə götürənin üzərinə yönəldilib və Vergilər Nazirliyi vergidən yayınma halı kimi sanksiya tətbiq edir. Cərimə məbləğini isə 3 min manat olması bir qədər inandırıcı gəlmir. Mənə elə gəlir, bu vergi öhdəliyinə görə yaranmış borcdur. Onu isə birbaşa icarə götürənin üzərinə qoymaq vergi qanunvericiliyi ilə yolverilməzdir. Bu, istisna hal kimi o zaman ola bilər ki, tərəflər arasında müqavilə bağlananda öhdəlik qarşılıqlı razılaşma əsasında qarşı tərəfin üzərinə qoyulub. O da vergini ödəmir”.  

 MÖVZU İLƏ BAĞLI:

ƏDƏBSİZ TƏKLİF və ya tək yaşayan qadınlara niyə kirayə ev vermirlər?


Vəkil Fariz Namazlının sözlərinə görə İnzibati xətalar Məcəlləsində 50 min manata qədər belə cərimələr var:

“Kirayə müqaviləsi bağlanmırsa, şəxs qeydiyyata düşə bilməz və bu məsələdə məsuliyyət birbaşa ev sahibinin üzərinə düşür. Vətəndaş cərimələnibsə və cərimə olunmasını əsassız sayırsa, inzibati xəta haqqında qərardan 10 gün ərzində məhkəməyə şikayət verə bilər. Ev sahibi gəlir götürür, vergi ödəməlidir və onun da başqa öhdəlikləri var”.

Qanuna görə, vətəndaş evini kirayə verdiyi zaman kirayə pulunun 14 faizini vergi kimi ödəməlidir. Əgər vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verirsə, bu zaman onun vergi orqanında uçota alınmaq, aldığı kirayə pulundan vergi ödəmək və vergi orqanına bəyənnamə təqdim etmək kimi öhdəliyi yaranmır.

Ancaq vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayəyə verərsə, özü yaşadığı yer üzrə vergi orqanına müraciət edərək VÖEN almalıdır.

Bundan sonra, VÖEN-i olan ev sahibi kirayə haqqından əldə etdiyi gəlirdən dövlət büdcəsinə müəyyən edilmiş qaydada vergi ödəməlidir. VÖEN açdırmasa və ya hesabat təqdim etməsə, 40 manat cərimələnir. 
Bundan əlavə kirayəşinlə ev sahibi arasımnda kirayə müqaviləsi imzalanmalıdır. Vətəndaş əgər yaşadığı yeri 15 gündən çox müddətə dəyişirsə (kirayəçi) harada yaşaması barədə polis orqanına məlumat verməlidir. Məlumatlandırmasa İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən 30 manat cərimə olunur. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin