Ailə başçısını itirən ailələrdə pensiya hesablanması qaydasında da dəyişiklik olacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı deputat Vüqar Bayramov “Facebook” səhifəsində yazıb.
“Ailə üzvlərindən biri, ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş yoldaşı və övladları istisna olmaqla, öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud ailə başçısını itirməyə görə müavinət istisna olmaqla sosial müavinəti aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır.
Bu isə həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması yolu ilə artmasına səbəb olacaq.
Eyni zamanda, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.
Bu dəyişikliyin mahiyyəti bundan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən, yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür” – deyə Vüqar Bayramov qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:13 / 18.04.2022
Ailə başçısını itirən şəxslərə pensiya bu qaydada ödəniləcək - YENİLİK
Hazırda oxunan: Ailə başçısını itirən şəxslərə pensiya bu qaydada ödəniləcək - YENİLİK
Hazırda oxunan: Ailə başçısını itirən şəxslərə pensiya bu qaydada ödəniləcək - YENİLİK
70171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.