Baş Prokurorluq məlumat yaydı

Hazırda oxunan: Baş Prokurorluq məlumat yaydı

70156

“BTB leasing” ASC-nin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.

Bizim.Media xəbər verir ki, aparılmış istintaqla Ceyhun Əli-Zadənin 20 may 2019-cu il tarixdən 20 noyabr 2020-ci il tarixədək olan müddət ərzində “BTB leasing” ASC-nin Hüquq Departamentinin müdiri vəzifəsində işləyərkən, lizinq xətti ilə avtomobil almaq istəyən vətəndaşları aldatma yolu ilə müştəri kimi cəlb edib onlardan nəqliyyat vasitəsinin ümumi dəyərinin müəyyən faizini ilkin ödəniş və əlavə kredit məbləğinin bir aylıq hissəsini əldə edərək, sonradan zəruri ödənişlərin olunmamasını əsas gətirib dolayı üsullarla ASC-nin balansında olan avtomobilləri qeyri-rəsmi satmaqla pulları ələ keçirərək ASC-yə və bir qrup vətəndaşlara külli miqdarda maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Ceyhun Əli-Zadəyə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin