Bakının bu rayonuna 733 min manatlıq zibil qutuları alındı

Hazırda oxunan: Bakının bu rayonuna 733 min manatlıq zibil qutuları alındı

70145

Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi ümumi dəyəri 733 151 manatlıq tenderə yekun vurub. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiya dövlət satınalmaları portalında yer alıb.

Mənbə yazır ki, "KONEKS Construction" MMC ilə müxtəlif təyinatlı hissələr və məişət malları üçün 588 483 manatlıq müqavilə bağlanılıb.

Zibil qutuları və oturacaqların satınalınması üzrə tenderin qalibi isə "MODUL Xidmət" MMC olub. 80 oturacaq və 210 zibil qutusunun satınalınması üzrə müqavilənin dəyəri 144 668 manat təşkil edib.
Qeyd edək ki, "MODUL Xidmət" MMC daha çox dəftərxana ləzavimatlarının satınalınması üzrə tenderlərin qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin