2020-ci ildə olan güzəştli limit 2021-ci ilə keçməyəcək – AZƏRİQAZ

Hazırda oxunan: 2020-ci ildə olan güzəştli limit 2021-ci ilə keçməyəcək – AZƏRİQAZ

7008

2200 kubmetr həcmində olan güzəştli limit həddi smart-kart tipli sayğaclardan istifadə edən əhali abonentləri üçün dekabrın 31-də gecə saat 00:00-da başa çatır.

Bu barədə Bizim.Media-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Artıq 2021-ci il yanvar ayının 1-dən etibarən yeni 2200 kubmetr həcmində olan güzəştli limit həddinin istifadəsinə başlanılır.

Köhnə ildə istifadə olunmayan güzəştli limit həddi varsa, bu həcm yeni ilə keçmir.

Bundan başqa, bəzi abonentlər elə güman edir ki, limit həddini  keçməyinə baxmayaraq smart-karta 2020-ci il dekabrın 31-də vəsait yükləyərsə və bu məbləği yeni ildə sayğaca daxil edərsə, sanki güzəştli limitdə artım əldə edəcək.

Əslində bu, belə deyil. Vəsait karta yüklənilən anda ödəniş bazasında qeydə alınır. Yəni limit həddi keçildikdən sonra karta yüklənən məbləğ yeni ilin istənilən dövründə istifadə edilərsə, hər kubmetr qaza görə hesabat 20 qəpikdən aparılacaq.

Ona görə də abonentlərdən bu məqama diqqətlə yanaşmaları xahiş olunur.

Mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə  keçidlə bağlı hesabat  isə  yanvar ayının 10-dək davam edə bilər. Göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin