"Məhərrəmlə son danışmağımız iyunun 4-də səhər saatlarında olub. Söhbət əsnasında oğlumuz Uğuru soruşdu. Mən də böyük oğlumuz Uğurun 1-ci sinfi bitirməsi münasibətilə məktəb yoldaşları ilə birgə şəkil çəkdirirdiyini dedim".
Bu sözləri Bizim.Media-ya şəhid jurnalist Məhərrəm İbrahimovun həyat yoldaşı Bahar İbrahimova onun Qubada keçirilən anım günündə deyib.
Saçlarına vaxtsız ağ dən düşmüş şəhid jurnalistin xanımı Uğurun həmin gün vinetka çəkilişinin yarımçıq qaldığını dedi:
"Həmin zəngdən sonra ondan xəbər çıxmadı. Fikirləşirdim, Məhərrəm niyə zəng etmir? Parkda şəkil çəkdirirdik ki, birdən bu xəbəri eşitdik. O an sanki gözlərim qaraldı, dünya başıma fırlandı. Əvvəlcə dedilər Məhərrəm yaralıdır amma daha sonra bu acı həqiqəti eşitdim",-deyə şəhid jurnalistin həyat yoldaşı bildirib.
Qeyd edək ki, mətbuat nümayəndələri Məhərrəm İbrahimovla Sirac Abışov 2021-ci il iyun ayının 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində mina partlayışı nəticəsində şəhid olublar.
Allah rəhmət eləsin!
Aytəkin Alxaslı,Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:06 / 16.04.2022
Xanımı şəhid jurnalistin ölümü BARƏDƏ: "Fikirləşirdim ki, niyə zəng etmir?" - FOTO
Hazırda oxunan: Xanımı şəhid jurnalistin ölümü BARƏDƏ: "Fikirləşirdim ki, niyə zəng etmir?" - FOTO
Hazırda oxunan: Xanımı şəhid jurnalistin ölümü BARƏDƏ: "Fikirləşirdim ki, niyə zəng etmir?" - FOTO
69917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.