MEDİA-nın rəhbəri Jurnalistika fakültəsində MÜHAZİRƏ DEDİ

Hazırda oxunan: MEDİA-nın rəhbəri Jurnalistika fakültəsində MÜHAZİRƏ DEDİ

69859

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovla “Media sahəsində islahatların hüquqi əsasları” mövzusunda görüş keçirilib.

MEDİA-dan Bizim.Media verilən xəbərə görə, tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB və Media İnkişaf Agentliyi əməkdaşlığa başladı – FOTO


Əhməd İsmayılov bildirib ki, özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan mediası ölkədə və dünyada baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması, xalqın haqq səsinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərib.

O, media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbə-jurnalistləri məlumatlandırıb. Xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.

Sonra Əhməd İsmayılov “Media haqqında” qanunun əsas müddəalarını şərh edərək, jurnalistlər üçün əhəmiyyətini vurğulayıb.
Medianın bugünkü problemləri, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.

İnteraktiv formada keçirilən görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin