Bəs biz hansı dildə təhsil alaq? – Ana dilində təhsildəki PROBLEMLƏR

Hazırda oxunan: Bəs biz hansı dildə təhsil alaq? – Ana dilində təhsildəki PROBLEMLƏR

69852

“Azərbaycandilli ailə uşağını rus bölməsinə göndərəndə valideynlər başa düşməlidir ki, bununla uşaqlarının akademik bilikləri öyrənmək istəyinin qarşısına böyük sədd çəkirlər”.  

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu övladını rus bölməsinə qoymaq istəyən valideynlərə müraciət edib.

Uşaqların gələcək akademik fəaliyyəti üçün məktəbə azərbaycan dilində, yoxsa rus dilində başlaması daha zəruridir?

Bizim.Media-ya danışan təhsil eksperti Adil Vəliyev bu gün cəmiyyətdəki vəziyyətə təəssüf etdiyini bildirib.

“Bizim cəmiyyətin böyük bir hissəsinin gözü, fikri hər zaman kiminsə yanında olur. Biraz daha ətraflı desək  "nə deyərlər" və "qonşudan geri qalma" düşüncəsi ilə özünü və ailəsini məhv edən 100-lərlə ailə var. Çox təəssüf ki, bu fikirlər təhsildən də yan keçməyib. Bəhsə-bəhs bahalı məktəblər, geyimlər, telefonlar kimi övladlarını rus, ingilis məktəbinə göndərənlər də az deyil”.

Ekspert vurğulayır ki, valideynlər övladlarını bu barədə heç nəyə məcbur etməməlidir:

“Uşaq əgər azərbaycan dilində təmiz, səlis qavrayır, başa düşürsə, azərbaycan dilində təhsil alsın, yox valideyn övladının rus dili öyrənməsini istəyirsə, əlavə dil kimi hazırlıq mərkəzlərinə dil kurslarına göndərsin. Valideynlər çox vaxt uşaqlarını rus dili bölməsinə qoyurlar ki, mədəni, tərbiyəli olsunlar. Lakin valideyn düşünməlidir ki, mədəniyyət və tərbiyə onun dili, ölkəsindən asılı deyil. Mədəniyyət, tərbiyə, birinci, insanın evindən, ailəsindən başlayır. Əgər evdə mədəniyyət problem varsa, onu çöldə, məktəbdə, müəllimdə axtarmaq lazım deyil, çünki heç yerdə onu tapa bilməyəcəklər”.

Amma əhalinin bir qismi rusdilli ədəbiyyatın geniş olması ilə bağlı bu müraciətə etiraz edir. Düşüncədə akademik kariyeranın formalaşmasında rus dilinin nə kimi əhəmiyyəti var?

“Rus ədəbiyyatından çox, hazırda ingilisdilli ədəbiyyat əlimizdə mövcuddur. Rusdilli ədəbiyyatların çoxu heç müasir deyil, köhnədir.

İngilis dilində həm yazılı, həm elektron daha çox material tapmaq olar ki, bu da rus dilini geridə qoyur.

Akademik kariyera deyəndə, siz işəgötürməni nəzərdə tutursa, bəzi yerlərdə rus dili tələb olunur, bəzi yerlərdə isə bu namizəd üçün əlavə dil olaraq plusdur. İstənilən dilin önəmi vacibdir. Əlavə dil bilmək kariyeranızda irəliləyiş etməyinizə, daha çox maaş almağınıza şərait yaradır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin