"Azəristiliktəchizat" ili 41 milyon manat borcla başa vurdu

Hazırda oxunan: "Azəristiliktəchizat" ili 41 milyon manat borcla başa vurdu

69849

"Azəristiliktəchizat" ASC bu ili "Azəriqaz" İstehsalat Birliyinə 41 milyon manat debitor borcla başa vurdu. 

Bizim.Media-nın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu sözləri birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı mətbuat nümayəndəsinin sualını cavablandırarkən bildirib. 

Şöbə rəisi hər il "Azəristiliktəchizat"ın "Azəriqaz" İB-yə borcu yarandığını qeyd edib. "Bu məsələ hər dəfə ictimailəşir.

Satılmış qazın pulu ödənilməlidir ki, “Azəriqaz" İB-də topdansatışa olan borcunu ödəsin. Bu il də müəyyən məbləğdə borc yarandı.
Məsələ Baş nazir səviyyəsində müzakirə olundu, dövlət tərəfindən "Azəristilktəchizat"a müəyyən həcmdə dotasiya ayrıldı. 

Qurum Birliyə olan borcunun bir hissəsini bu dotasiya hesabına ödədi. Lakin, qış mövsümünün başa çatmasına baxmayaraq, "Azəristiliktəchizat" ASC ili yenə də 41 milyon manat debitor borcla başa vurdu. Qurum bu borcun müəyyən hissəsini qəbul etmir. Ümid edirik ki, bu borcu nə vaxtsa ala biləcəyik", – deyə, qurum rəsmisi əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin