"Azəristiliktəchizat" ASC Bakıda yeni istilik təchizatı sistemləri yaratmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, bunu səhmdar cəmiyyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.
"Bakıda mərkəzi istilik sisteminə qoşulub istilik almalı olan 500-ə yaxın bina var ki, onlardan 100-150-də bu, texniki cəhətdən mümkün deyil. Qalan 300-350 bina üçün yeni istilik mənbələri yaratmaq olar. Bunun üçün təkcə Bakıda deyil, ümumilikdə respublikada mərkəzi istilik sisteminə qoşulmalı olan binalarda istilik təchizatı sisteminin bərpası üçün təkliflərin hazırlanmasına başlanılıb.
İlkin layihə hazırlanıb və aidiyyatı qurumlara təqdim olunub. Layihə demək olar, Bakının bütün rayonlarını əhatə edir. Layihədə Hövsan, Ələt, Lökbatan qəsəbələrində olan binalar daha çox qeyd edilib", - deyə o, qeyd edib.
"Yeni istilik təchizatı sistemləri qurmaq üçün maliyyə mənbəyimiz yalnız dövlət investisiya vəsaitləridir.
Bizim vəzifəmiz istilik sisteminin qurulacağı əraziləri müəyyən etmək, elmi-iqtisadi əsaslandırmanı hazırlamaq, aidiyyatı üzrə qiymətləndirilməsi üçün dövlət qurumlarına təqdim etməkdir. Layihəmiz bəyənilsə və qiymətləndirilsə biz onu icra edə bilərik”, - deyə İ.Mirzəliyev əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:02 / 15.04.2022
Bakıda yeni istilik təchizatı sistemləri yaradılacaq
Hazırda oxunan: Bakıda yeni istilik təchizatı sistemləri yaradılacaq
Hazırda oxunan: Bakıda yeni istilik təchizatı sistemləri yaradılacaq
69829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.