''2020-ci ildə ən böyük səhnəmi gördüm, ən gözəl qələbə mahnımı oxudum. Mən “Cıdır düzü”nə belə tezliklə gələcəyimi bilməzdim. Gözlənilmədən Dövlət Təhlükəsizlik Xidmətinin dəstəyi ilə bir neçə sənət dostlarımızla Şuşaya getdim, əsgərlərimizin qarşısında konsert verdim''.
MÖVZU İLƏ BAĞLI:
Tünzalə Ağayevadan Bizim.Media üçün özəl – ŞUŞADAN VİDEO
''Füzulini gördüm, işğaldan azad olunan digər rayonlardan yolumuz keçdi. Ağladıq, sevindik. Bu, mənim üçün dünya dolu bir səfər oldu. Bütün çətinliklərə rəğmən bu il zəfər ilidir''.
Xalq artisti Tanzalə Ağayeva Bizim.Media-nın “2020 nəylə yadda qaldı” sorğusuna cavab olaraq belə deyib.
Gülşanə Mustafayeva, Bizim.Media